
Nazirliyin vəzifəli şəxsləri bu tarixlərdə qəbul keçirəcək
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Ens.Az-ın məlumatına əsasən, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Nazirliyin vəzifəli şəxsləri tərəfindən 2025-ci ilin fevral ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət