Dərc edildi: Baxış sayı: 1968
Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı AÇIQLAMA
Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaranan problem lokal deyil, qlobal xarakter daşıyır.
Qeyd olunub ki, dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar.
Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb.
Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində “Facebook”a məxsus “Instagram” sosial şəbəkəsində və “WhatsApp” messencerinin işində problemlər yaranıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət