Nazirlikdən tələbələrin etiraz aksiyasına - Cavab
Tibb Universitetində təhsil alan bir qrup rezidentin keçirdiyi etiraz aksiyasında qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir.
Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlik bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edildiyini açıqlayıb.
Məlumatda hazırda Səhiyyə Nazirliyinin həmin müraciətə cavab gözlədiyi qeyd edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Tibb Universitetində təhsil alan bir qrup rezident Səhiyyə Nazirliyi önündə aksiya keçirərək, rezidenturaya ödəniş haqqının ləğv edilməsini istəyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət