Slimfit
  1. CƏMİYYƏT

Nazirlikdən sərt qərar: daha əsl bal üçün dağa-daşa dırmanmağa gərək yoxdur

Nazirlikdən sərt qərar: daha əsl bal üçün dağa-daşa dırmanmağa gərək yoxdur
Sakura

Nazirlikdən sərt qərar: daha əsl bal üçün dağa-daşa dırmanmağa gərək yoxdur

"Çox təəssüf ki, keçmiş Kənd Təsərrüfatı Nazirliyi bu yarmarkanı öz şəxsi mənfəətləri üçün "bazara" çevirmişdi"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

Azərbaycanda bu il keçiriləcək Bal yarmarkasında ötən il saxta bal gətirənlərin iştirakına icazə verilməyəcək.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, bununla belə, yarmarkaya nəzarət Kənd Təsərrüfatı Nazirliyinin yeni qurumu olan Aqrar Tədarük və Təchizat ASC-yə həvalə olunduğundan, arıçılara bəzi güzəştlər ediləcək: "Ötən il keçirilən Bal yarmarkasına gətirdiyi məhsulun az hissəsi keyfiyyətsiz çıxan arıçılar bu il yarmarkada iştirak edə biləcəklər. Amma 100 faiz saxta bal gətirənlər yarmarkada iştirak üçün qeydiyyatdan keçə bilməyəcəklər. Bal yarmarkasına il-ildən nəzarət gücləndirilir.

Çox təəssüf ki, keçmiş Kənd Təsərrüfatı Nazirliyi bu yarmarkanı öz şəxsi mənfəətləri üçün "bazara" çevirmişdi. Buna görə də yarmarkada satılan balların keyfiyyətinə alıcılarda haqlı olaraq şübhə yaranmışdı. Amma bir neçə ildir ki, bu istiqamətdə əhəmiyyətli dərəcədə dönüş yaranıb.

Bizim Assosiasiyanın Bal yarmarkasının təşkili ilə bağlı Aqrar Tədarük və Təchizat ASC-yə inamı böyükdür. İnanırıq ki, bu il bal satışı üçün ən ideal yarmarka keçiriləcək".

Assosiasiya sədri onu da qeyd edib ki, yarmarkaya nəzarət zamanı iştirakçılara davranışlarına və balın saxta çıxmasına görə adlarının qara siyahıya salınmasından qabaq sarı və qırmızı kart (xəbərdarlıq və sərgidən kənarlaşdırma) sistemi tətbiq ediləcək: "Ötən il (2018-ci ildə) qayda pozuntularına görə "neqativ rəy toplayan" iştirakçılar bu il keçirilən (2019-cu ildə) yarmarkaya buraxılmayacaqlar. Saxta bal (şəkərdən bişirilmiş və arının ağzına dəyməmiş şirələr) aşkarlandığı halda dərhal aktlaşdırılması, məhsulun məhv edilməsi və saxta mal satanın məsuliyyətə cəlb olunması üçün aidiyyəti orqanlara (polis və sanitar epidemiologiya nəzarəti) təqdim olunur, eyni zamanda həmin iştirakçının növbəti ildə də yarmarkada iştirakına qadağa qoyulur, iştirakçı ikinci dəfə bu hərəkəti təkrar edərsə, birdəfəlik yarmarkada iştirak hüququndan məhrum edilə bilər.

Yarmarkanın gedişatı zamanı alıcılar istədikləri vaxt əldə etdikləri məhsulları ödənişli əsaslarla AQTA laboratoriyalarında təkrar yoxlada bilərlər. Alıcı tərəfindən məhsulda hər hansı əsaslı şübhə yaranarsa (keyfiyyət, mənşə və s.), məhsul laboratoriyaya təkrar yoxlama üçün təqdim olunur və labaratoriyanın nəticəsinə əsasən, problem barəsində qərar qəbul olunur".

 B.Həsrətovun sözlərinə görə, saxta bal satanların qarşısını almaq üçün bəzi yeni qaydalar da müəyyənləşib: "Yarmarkaya gələ bilməyən fermer işçi komissiyasının rəyi əsasında başqa şəxsə etibarnamə verə bilər, lakin həmin şəxsin adı qara siyahıda olmamalıdır və həmçinin 2 sarı vərəqə alan şəxs olmamalıdır. Eyni zamanda həmin şəxs ailə üzvü olmalıdır.

Fermer yarmarkada şəxsən iştirak etməli, istisna hallarda sərgiyə gələ bilməyən arıçı sərgidə onun balını satmaq üçün yalnız bir nəfərə etibarnamə verə bilər. Həmçinin bir rayonun iştirakçıları digər rayonun adından yalandan istifadə etməsi, balının digər rayonun ərazisinə məxsus olduğunu elan etməsi qəti qadağandır. Bu qaydalar pozularsa, sarı kart göstərilərək xəbərdarlıq ediləcək. Xəbərdarlıq 2 dəfə göstəriləcək. 3-cü dəfə qırmızı kart göstərilib sərgidən uzaqlaşdırılacaq və növbəti ilin sərgisinə də buraxılmayacaq.

Xüsusi ağır xətalar törədən iştirakçı birbaşa qırmızı kart alıb sərgidən uzaqlaşdırılacaq və adı qara siyahıya salınaraq növbəti yarmarkaya buraxılmayacaq".

Xatırladaq ki, Bal yarmarkasında iştirak etmək istəyən fermerlər sentyabrın 6-dan 11-nə kimi "kendden.az" saytında onlayn qeydiyyatdan keçməlidirlər. Məhsulların yarmarkanın anbarına qəbulu 13 sentyabr tarixindən 24 sentyabr tarixinə qədər hər gün olmaqla həyata keçiriləcək. Bal məhsullarının keyfiyyətinin yoxlanılması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə həyata keçiriləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq vətəndaşa bildiriləcək. Yalnız nümunələri standartlara uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcək, nümunələrin nəticələri müsbət olmayan bal məhsulları yarmarkanın son gününə qədər satışına icazə verilməyəcək, Aqrar Tədarük və Təchizat ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq. Bal yarmarkası sentyabrın 28-dən oktyabrın 18-dək davam edəcək.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR