Slimfit
  1. CƏMİYYƏT

Nazirlikdən Mədəniyyət Evindəki yanğınla bağlı məlumat

Nazirlikdən Mədəniyyət Evindəki yanğınla bağlı məlumat
Sakura

Nazirlikdən Mədəniyyət Evindəki yanğınla bağlı məlumat

Füzulidə Mədəniyyət Evi yanır.

Ens.az Report-a istinadən xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Füzuli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan Mədəniyyət Evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş kitabxana sisteminin filialı da fəaliyyət göstərir.

Yanğının səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq.

***

Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, yanğın fevralın 5-də təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb.

Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıb, bu səbəbdən xəsarət alan yoxdur.

FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır.

Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR