Dərc edildi: Baxış sayı: 585
Nazirlikdən kütləvi ixtisarlarla bağlı RƏSMİ AÇIQLAMA
“Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb”.
Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən informasiya yayıb.
“Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Milli Məclisin növbədənkənar iclasında deputat Aqil Abbas Ağcabədiyə kitabxana əməkdaşlarının ixtisarı ilə bağlı göstəriş gəldiyini bildirmişdi.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət