Slimfit
  1. İDMAN

Nazirlikdən əməkdar məşqçi adı ala bilməyən dünya çempionunun müraciətinə cavab

Nazirlikdən əməkdar məşqçi adı ala bilməyən dünya çempionunun müraciətinə cavab
Sakura

Nazirlikdən əməkdar məşqçi adı ala bilməyən dünya çempionunun müraciətinə cavab

Kunq-fu və budo idman növləri üzrə dünya və Avropa çempionu, kikboksçu Anar Süleymanov ona mənzil və fəxri ad (əməkdar məşqçi) verilməməsindən narazılıq edib.

Kikboks üzrə qadın millimizin sabiq baş məşqçisi, hazırda kunq-fu üzrə qadın millimizin çalışdırıcısı olan Süleymanov bunun üçün Gənclər və İdman naziri Azad Rəhimova “Facebook” üzərindən videomüraciət ünvanlayıb.

Oxu.Az bunun üçün Gənclər və İdman Nazirliyinin mövqeyini öyrənib. Nazirliyin cavabı bu cür olub:

“Düzdür, o bizə əməkdar məşqçi fəxri adının verilməsilə bağlı müraciət edib. Lakin təsnifatla idman təhsili olmadığına görə keçməyib”.

Qeyd edək ki, Anar Süleymanov ali təhsil kimi keçmiş ABU-nu bitirib. “Maliyyə Krediti” ixtisası üzrə təhsil aldığından, o, əməkdar məşqçi adını ala bilməyib.

A.Süleymanov ötən il İtaliyanın Karrara şəhərində keçirilmiş kunq-fu toa üzrə dünya çempionu olub. Məhz bu səbəbdən Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına əsasən ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmuş beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri arasında Süleymanov da olub. O, sentyabrda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Boks müəllimi” fakültəsinə müsabiqədənkənar qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR