Slimfit
  1. CƏMİYYƏT

Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı AÇIQLAMA

Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı AÇIQLAMA
Sakura

Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ildən artıqdır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdünü kəsib. 

Bu barədə mediaya D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Nazirlik yayılan məlumatlara aydınlıq gətirib. 

Ens.az xəbər verir ki, Məsələ ilə bağlı Nazirliyin mətbuat katibi Fazil Talıbov Oxu.Az-a açıqlamasında erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyinə görə ona verilən pensiya ödənişinin dayandırılmadığını bildirib.

Belə ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib. Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F.Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir.

Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır.

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR