Dərc edildi: Baxış sayı: 408
Nazirlikdən Baş Epidemioloqun istefası ilə bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyi Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin vəzifədən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Ens.az xəbər verir ki, Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Baş epidemioloq İbadulla Ağayev öz ərizəsi əsasında vəzifəsindən azad edilib:
“İ.Ağayev Səhiyyə Nazirliyində ictimai əsaslarla çalışırdı. İşdən azad olunması üçün ərizə yazıb. Öz istəyinə uyğun olaraq, tutduğu vəzifəsindən azad olunub. Hələlik həkimin yerinə heç bir təyinat yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət