Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik zavodları özəlləşdirməyə çıxarır

Nazirlik zavodları özəlləşdirməyə çıxarır
Sakura

Nazirlik zavodları özəlləşdirməyə çıxarır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə çıxarılır.

Oxu.Az-ın məlumatına görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, artıq məsələ barədə Nazirlər Kabineti və Dövlət Əmlak Komitəsi ilə lazım olan müzakirələr aparılır:

“Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır:

“Sahibkarlar bu zavodları özəlləşdirməklə zavodlarda müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR