Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi
Sakura

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

2018-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları Əlavə dəyər vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Yol vergisi bəyannaməsi və Mədən vergisi bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Vergilər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. 2018-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları təqdirdə Sadələşdirilmiş verginin bəyannaməsi və Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir. 

Eyni zamanda notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. 

2018-ci ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat və işsizlik sığortası üzrə rüblük hesabat da 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir. 

Həmçinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və gəlir, mənfəət vergisi ödəyiciləri tərəfindən 2018-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR