Dərc edildi: Baxış sayı: 343
Nazirlik: Təhsil müəssisələri vaxtaşırı olaraq yanğından mühafizə balonları və lövhələri ilə təmin edilir
Bu barədə Trend-in təhsil müəssisələrində təhlükəsizliklə bağlı sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtdakı təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün müvafiq monitorinqlər keçirir, təhsil müəssisəsinin mühafizə ilə təmin olunması istiqamətində müvafiq tədbirlər görülür:
"Yanğın zamanı təhlükəsizliyin təmin olunması üçün təhsil müəssisələri vaxtaşırı yanğından mühafizə balonları və lövhələri ilə təmin olunur. Həmçinin, yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq treninqlər və müvafiq maarifləndirmə tədbirləri aparılır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət