Slimfit
  1. HƏRB

Nazirlik rəsmisi: “Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması önəmlidir”

Nazirlik rəsmisi: “Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması önəmlidir”
Sakura

Nazirlik rəsmisi: “Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması önəmlidir”

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, “İkinci Qarabağ müharibəsi dövründə ədliyyə orqanları tərəfindən çoxşaxəli işlər həyata keçirilib. Dünyanın 70-ə yaxın ölkəsinin ədliyyə nazirlərinə,140 ölkəni birləşdirən qurumlara, prokurorluqlara, Beynəlxalq Hakimlər Assosiasiyasına ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı müraciətlər ünvanlanıb və xalqımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər vurğulanıb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov deyib. 

O bildirib ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı məsuliyyətə cəlb olunması önəmlidir:

“Beynəlxalq təşkilatlara Ermənistanın beynəlxalq müstəvidə törətdikləri cinayətlərə görə cavab verməsində fəal iştirakı üçün müraciətlər edilib”.

“Nazirlik tərəfindən Azərbaycan həqiqətlərinin geniş yayılması məqsədilə Ədliyyə Nazirliyinin rəsmi səhifəsində üç dildə məlumatlar geniş şəkildə ictimaiyyətləşdirilib. Bu platforma üzərindən Ali Baş Komandan İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr də paylaşılıb”, - deyə S.Kazımov qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR