Slimfit
  1. CƏMİYYƏT

Nazirlik rəsmisi 4800 manat cərimələnən MMC-dən danışdı

Nazirlik rəsmisi 4800 manat cərimələnən MMC-dən danışdı
Sakura
:0

Nazirlik rəsmisi 4800 manat cərimələnən MMC-dən danışdı

“Sumqayıt məişət tullantıları poliqonundakı yanğın vətəndaşların narazılığı ilə müşayiət olundu. Çünki ətraf mühitə kəskin iy-qoxu yayılır. Məsələyə dərhal reaksiya verildi və araşdırma aparılır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, “Sumqayıt Məişət Tullantıları” MMC-nin direktoru buna görə 4800 manat cərimə olunub:

“Yanğının fəsadlarının aradan qaldırılması və ərazinin bərpa olunması üçün göstəriş verilib. Bir sıra yaşayış məntəqələrində məişət tullantıları poliqonlarının olmaması ciddi fəsadlara səbəb olur. Məişət tullantılarının qalaqlanması və düzgün idarə olunmaması torpaq qatına ziyan vurur”.

O qeyd edib ki, Sumqayıt üçün də poliqonun tikilməsi aktualdır və gözlənilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR