Slimfit
  1. CƏMİYYƏT

Nazirlik Ramiz Məliklə bağlı iddialara cavab verdi: "Müvafiq dəstək göstərilir, lakin... "

Nazirlik Ramiz Məliklə bağlı iddialara cavab verdi: "Müvafiq dəstək göstərilir, lakin... "
Sakura

Nazirlik Ramiz Məliklə bağlı iddialara cavab verdi: "Müvafiq dəstək göstərilir, lakin... "

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məliklə bağlı yayılan iddialara cavab verib. Nazirlikdən Musavat.com-a daxil olan açıqlamada qeyd olunur:

"Son günlər bəzi saytlarda Xalq artisti Ramiz Məlikin səhhətinin ağır vəziyyətdə olması və aktyorun bu durumuna Mədəniyyət Nazirliyinin biganə qalması ilə bağlı məlumatlar yayılıb. Yayılan bu məlumatlara aydınlıq gətirən nazirliyin mətbuat xidmətindən bildirilib ki, Xalq artisti Ramiz Məlik uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir. Son günlər ailəsinin qərarı ilə aktyorun müalicəsi özəl klinikaların birində davam etdirilib. Xəstəxanada nazirliyin səlahiyyətli nümayəndələri aktyoru ziyarət edib və müalicə həkimlərilə Ramiz Məlikin sağlamlıq durumu haqqında danışıblar. Xəstənin yaxınları ilə Mədəniyyət Nazirliyinin səlahiyyətli əməkdaşları mütəmadi ünsiyyətdə olublar. Son günlər Ramiz Məlik evə buraxılıb və müalicəsi davam edir.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi incəsənət xadimləri, mədəniyyət sahəsində xidmətləri olan sənətçilərin rifahının yaxşılaşdırılması, problemlərinin həll olunması istiqamətində daim işlər aparır və müvafiq dəstək göstərir. Sadəcə, humanizm və etik prinsiplərə əsaslanaraq görülən bu işlər ictimailəşdirilmir".

Xatırladaq ki, 79 yaşı Xalq artisti Ramiz Məlikin qızı Musavat.com-a açıqlamasında atasının vəziyyətinin ağır olduğunu, bununla bağlı mədəniyyət nazirliyinin xəbəri olsa da hər hansı bir köməklik olmadığını demişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR