Dərc edildi: Baxış sayı: 421
Nazirlik qəzalı vəziyyətə düşən ağaclara aqrotexniki qulluq göstərib
Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin əməkdaşları sözügedən əraziyə baxış keçirib.
Baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət