Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik nəqliyyat sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edib

Nazirlik nəqliyyat sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edib
Sakura

Nazirlik nəqliyyat sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edib

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədi ilə Bakının Nəsimi rayonunda “Məcburi əmək və insan alverinin qarşısının alınması” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması ”mövzularında seminar keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdikləri seminar zamanı qeyd olunub ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb. Nəqliyyat sahəsində fəaliyyət göstərən işəgötürənlərin də bu məsələyə daim məsuliyyətlə yanaşmalarının, onların qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

İşəgötürənlərin sualları cavablandırılıb, onlara müvafiq mövzuları əhatə edən maarifləndirici çap materialları təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR