Nazirlik: Martda vaxtı bitən sosial yardımların müddəti uzadılıb
Martın sonunda təyinat müddəti bitən ünvanlı sosial yardımların müddəti xüsusi karantin rejiminin bitdiyi vaxtadək uzadılıb.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, ünvanlı sosial yardımların müddətinin uzadılması ilə bağlı verilən qərar yardım müddəti fevralda deyil, martda bitənlərə aiddir:
“Mövcud qanunvericiliyə uyğun olaraq, ailədə əmək qabiliyyətli ailə üzvü varsa, eyni zamanda 8 yaşadək uşaq varsa, ailədə bir nəfər əmək qabiliyyətli üzv həmin uşağa qulluq üçün işləməyə bilər. Amma bu halda sosial yardım uşağın 8 yaşı tamam olana kimi təyin edilir. Bundan sonra əmək qabiliyyətli şəxsin işləməsi tələb olunur”.
B.Hüseynov onu da bildirib ki, ünvanlı sosial yardım alan ailədə ər və ya arvad işsiz kimi qeydiyyata alınsa belə, ona dövlət tərəfindən 190 manat məbləğində birdəfəlik vəsaitin verilməsi hüququ verilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət