Dərc edildi: Baxış sayı: 513
:0
Nazirlik karxana sahibini 3 min manat cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilib. Ens.az xəbər verir ki, ETSN-dən "Olaylar"a verilən məlumata görə, araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub. Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət