Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nazirlik işə qəbul müsabiqəsində ən yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb

Nazirlik işə qəbul müsabiqəsində ən yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb
Sakura

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb

 Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, bir müəllim ən yüksək bal - 60 bal toplayıb. 

Beş müəllimin balı isə 58-59 arasında olub. 

Bildirilib ki, 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan yerlərə müddətsiz müqavilə ilə müəllimlərin əlavə yerləşdirilməsi həyata keçirilir.

Aşağıdakı infoqrafikada birinci mərhələdə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə tanış olmaq mümkündür.

Ən yüksək bal toplayan müəllimlərin siyahısını təqdim edirik: 

Günay Allahverdiyeva - Bakı şəhəri 166 nömrəli tam orta məktəb - 60 bal. İdris Abıyev - Bakı şəhəri 102 nömrəli tam orta məktəb - 59 bal. Aytac Ziyadxanlı - İsmayıllı rayonu Buynuz kənd R.Ocaqov adına tam orta məktəb - 59 bal. Şahin Hüseynov - Ağdam rayonu Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəb - 58 bal. Nuranə Abbasova - Bakı şəhəri 44 nömrəli tam orta məktəb - 58 bal. Elmar Abbaslı - Gəncə şəhəri 10 nömrəli tam orta məktəb - 58 bal. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR