Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik: Əməkhaqqı artımı ilə əlaqədar 94 min nəfərin pensiyası da 30 faizdən çox artacaq

Nazirlik: Əməkhaqqı artımı ilə əlaqədar 94 min nəfərin pensiyası da 30 faizdən çox artacaq
Sakura

Nazirlik: Əməkhaqqı artımı ilə əlaqədar 94 min nəfərin pensiyası da 30 faizdən çox artacaq

Prezident İlham Əliyevin bu ilin iyunun 18-də imzaladığı tarixli sərəncamlarla dövlət sektorunda əməkhaqqılarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən, xüsusi şərtlərlə pensiya təyin olunan 94 min nəfərin pensiyasının da 30 faizdən çox artmasına səbəb olacaq.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. daxildir. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən, onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Həmin şəxslərin pensiyalarına edilən artımlar əməkhaqqılarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əməkhaqqılarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib. Nəticədə cari il ərzində reallaşan ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR