Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir
İqtisadiyyat Nazirliyi tərəfindən istehlakçılara bildirişlər göndərilir.
Ens.az xəbər verir ki,Nazirlikdən Modern.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdəndir.
Bu tələblərə riayət olunmasının vacibliyinin bir daha istehlakçıların diqqətinə çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb. Belə ki, iyulun 5-dən etibarən “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət