Slimfit
  1. CƏMİYYƏT

Nazirlik: Azərbaycanda 267 mindən çox şəkərli diabet xəstəsi var, onlardan 1717 nəfəri uşaqdır

Nazirlik: Azərbaycanda 267 mindən çox şəkərli diabet xəstəsi var, onlardan 1717 nəfəri uşaqdır
Sakura

Nazirlik: Azərbaycanda 267 mindən çox şəkərli diabet xəstəsi var, onlardan 1717 nəfəri uşaqdır

Azərbaycanda qeydiyyata alınan şəkərli diabet xəstələrinin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hazırda ölkədə “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur: "Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb. Belə ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən asılı olanlardır".

İclasda bildirilib ki, bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb: "Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları-şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR