Slimfit
  1. MEDİA

Nazirlik aydınlıq gətirdi: “190 manat verilən heç kəs “Vertu” markalı telefon işlətməyib”

Nazirlik aydınlıq gətirdi: “190 manat verilən heç kəs “Vertu” markalı telefon işlətməyib”
Sakura

Nazirlik aydınlıq gətirdi: “190 manat verilən heç kəs “Vertu” markalı telefon işlətməyib”

Bəzi sosial şəbəkə səhifələrində işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin guya hansısa imkanlı şəxsə təyin olunması təəssüratı yaradan şəkil həqiqəti əks etdirmir. 

Modern.az-ın məlumatlna görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, şəkildə “Vertu” markalı telefonda Ələkbərov soyadlı şəxsə birdəfəlik ödəmənin təyin olunmasına dair mesaj əks olunub:

"Birdəfəlik ödəmənin təyin olunduğu Ələkbərov və Ələkbərova soyadlı 326 şəxsin telefon nömrələri üzərindən araşdırma aparılıb. 

Aidiyyəti informasiya sistemləri vasitəsilə telefon nömrələrinin istifadə olunduğu mobil cihazlar (İMEİ kodu əsasında) müəyyən edilib. 

Ödəmə təyinatı aparılan 326 şəxsdən heç birinin “Vertu” markalı telefona sahib olmadığı məlum olub".

"Həqiqəti əks etdirməyən saxta paylaşımlarla birdəfəlik ödəmə proqramına qarşı inamsızılıq yaratmaq cəhdlərini kəskin qınayır və belə cəhdlərin hüquqi məsuliyyət yaratdığını bildiririk",- deyə nazirlik rəsmisi bəyan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR