Slimfit
  1. AZƏRBAYCAN

Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
Sakura

Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (www.cabmin.gov.az) yeni tərtibatda fəaliyyətə başlayıb.

Saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizayn hazırlanıb.

Saytın baş səhifəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun fəaliyyəti ilə bağlı ən son xəbərlər və yeniliklər yerləşdirilib. Bununla yanaşı, baş səhifədəki axtarış xidməti vasitəsilə müvafiq xəbərləri və imzalanmış sənədləri əldə etmək olar.

Baş səhifədə edilmiş yenilik, həmçinin Baş nazirin fəaliyyəti və imzalanmış sənədlər barədə Twitter sosial internet şəbəkəsindən operativ məlumat əldə etməyə imkan verir.

Saytda "Azərbaycan”, "Xəbərlər”, "Sənədlər”, "Rəhbərlik”, "Nazirlər Kabineti”, "Nazirlər Kabinetinin Aparatı”, "Müraciətlər”, "Əlaqə” bölmələri yenilənmiş formatda fəaliyyət göstərir.

"Azərbaycan” bölməsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın tarixi, ərazisi, Konstitusiyası ilə tanış olmaq mümkündür. Bu bölmədə, habelə milli bayramlar, tariximizin qanlı səhifələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar və iqtisadi mövzuda materiallar yerləşdirilib.

"Xəbərlər” bölməsində Baş nazirin görüşləri və səfərləri, iştirak etdiyi tədbirlər haqqında xəbərlər, eləcə də Nazirlər Kabineti mətbuat xidmətinin məlumatları, "Sənədlər” bölməsində isə Nazirlər Kabinetinin qərarları və məktublar yer alır.

"Rəhbərlik” bölməsində Baş nazir və Baş nazirin müavinləri, "Nazirlər Kabineti” bölməsində isə Nazirlər Kabinetinin statusu, səlahiyyətləri, iş qaydası, tərkibi, mərkəzi icra hakimiyyəti orqanları, "Nazirlər Kabinetinin Aparatı” bölməsində aparatın strukturu və əsasnaməsi barədə məlumatlarla tanış olmaq mümkündür.

"Müraciətlər” bölməsində isə vətəndaşlara Nazirlər Kabinetində qəbul günləri, qəbula yazılmaq, elektron qaydada müraciət qaydaları barədə məlumat verilir. Həmçinin bu bölmədə müraciətlə bağlı qanunvericilik aktları əksini tapıb.

Saytda ən son nailiyyətlər əsasında fotoqalereya təqdim edilir. Burada Baş nazirin görüşlərindən və səfərlərindən, iştirak etdiyi tədbirlərdən fotoşəkillər verilir.

Nazirlər Kabinetindən verilən məlumata görə yaxın vaxtlarda saytın xarici dillərdə də (rus və ingilis) bölmələri təqdim olunacaq.

 

Mənbə: Xezerxeber.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR