Slimfit
  1. CƏMİYYƏT

Nazirlər Kabinetindən toylarla bağlı QƏRAR

Nazirlər Kabinetindən toylarla bağlı QƏRAR
Sakura

Nazirlər Kabinetindən toylarla bağlı QƏRAR

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” qərara dəyişiklik edilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərar qəbul edib.

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” 2020-ci il 1 may tarixli 160 nömrəli qərara 1.10-cu bənd əlavə edilib. Belə ki, dəyişikliyə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyətində də xüsusi sanitar rejim tətbiq edilməsinə qərar verilib.

Qərara uyğun olaraq Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq etmək tapşırılıb.

Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyətinin bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilən metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunması müəyyən olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR