Nazirlər Kabineti pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərar verib
Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə
müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi
qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər
zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai
iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən
edilən sıxlıq normaları” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. koronavirus (COVID-19) pandemiyası dövründə insanların
sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini
nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə
olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər
adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;
2.2. qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni
masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən
az olmamalıdır;
2
2.3. hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə
həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.)
ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə,
adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.
3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi,
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət