Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edir
Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesabat hazırlayaraq jurnal formasında dərc edib.
98 səhifəlik İcmal Hesabat Milli Məclis üzvlərinin, jurnalistlərin, ekspertlərin və hər bir vətəndaşın hökumətin illik fəaliyyətinə dair asanlıqla və qısa müddətdə ətraflı məlumat ala bilməsi məqsədilə hazırlanıb.
İcmal Hesabatla Nazirlər Kabinetinin saytında da tanış olmaq mümkündür.
https://cabmin.gov.az/az/article/798/
İcmal Hesabat ön söz, makroiqtisadiyyat, maliyyə-bank və fiskal sektor, siosial siyasət, sənaye, enerji sektoru, kənd təsərrüfatı və ekologiya, tikinti və mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ticarət, sahibkarlığın inkişafı və investisiya siyasəti, regionların inkişafı, turizm, təhsil, elm və mədəniyyət, səhiyyə, müdafiə və təhlükəsizlik, ədliyyə sistemi və qanunvericilik, vətəndaşlara xidmət və sosial innovasiyalar, nəhayət beynəlxalq əlaqələr daxil olmaqla 20 bölmədən ibarətdir.
İlk dəfədir ki, Nazirlər Kabineti illik hesabatı geniş forma ilə yanaşı belə qısa icmal formasında da təqdim edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət