Slimfit
  1. AZƏRBAYCAN

Nazirin TV-lərə çağırışı: əməl edən varmı?

Nazirin TV-lərə çağırışı: əməl edən varmı?
Sakura

Nazirin TV-lərə çağırışı: əməl edən varmı?

Martın 27-də Mədəniyyət Nazirliyi televiziya kanallarına karantin müddətində milli kinolarımızın yayımlanması barədə çağırış edib. Lakin nazirliyin bu çağırışına baxmayaraq, kanallarda xarici filmlərin yayımına üstünlük verilməsi müşahidə edilir.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən "Azad Azərbaycan" televiziyasının icracı direktoru İsmayıl Həsənov bildirib ki, Mədəniyyət Nazirliyinin çağırışından sonra kanalın proqram siyasətində dəyişikliklər edilir.

“ATV-də milli kinolarımıza hər zaman yayımlanır. Mədəniyyət nazirinin çağırışından sonra isə bu intensivlik daha da artırılıb. Hazırda bu məsələlərlə bağlı proqramda dəyişikliklər olunur. Nazirliyin çağırışına uyğun olaraq milli kinoların verilməsi intervalı artırılacaq”, - o bildirib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat katibi Aynurə Asimqızı isə bildirib ki, İTV-də hər gün yerli filmlər nümayiş etdirilir:

“Açığı, bu xəbər bizi çox sevindirdi. Əslində efirimizi izləyən tamaşaçılar bilir, bilməyənlərə isə demək istəyirik ki, İctimai Televiziya efirində daim Azərbaycan filmlərinə geniş yer ayırır. Həftəiçi hər gün 15:25-də və bazar günləri proqram şəbəkəmizdə öz filmlərimizi yayımlayırıq. Bundan sonra da klassik və son dövrlərdə çəkilən yerli filmləri nümayiş etdirmək niyyətindəyik. Bu xəbəri alan kimi Azərbaycan Kinostudiyası ilə əlaqə yaratdıq, amma məlum hadisələrlə bağlı işləmədiklərini söylədilər. İş normal məcrasına dönüncə, indiyədək nümayiş etdirmək istədiyimiz, amma müxtəlif səbəblərdən bunu edə bilmədiyimiz filmləri də əldə etməyə və geniş tamaşaçı auditoriyamıza təqdim etməyə çalışacağıq. Onu da nəzərinizə çatdırırıq ki, İctimai Televiziya olaraq biz efirimizdə son dövrlərdə ölkəmizdə çəkilən filmlərə yer ayırmışıq. "Çölçü", "Qaranlıq", "Ümidlər puç olanda", "Aktrisa", "Oğlan evi", "Oğlan evi-2", "Ağanatiq", "Şər qarışanda" və başqa filmləri yayımlamışıq. Məsələn, bazar ertəsi, saat 23.00 "Mübarizə" filmini yayımlayacağıq. Fürsətdən istifadə edib onu da nəzərinizə çatdırırıq ki, İctimai Televiziya yalnız lisenziyalı bədii və sənədli filmləri nümayiş etdirir və Azərbaycan teleməkanında bununla da fərqlənir. Biz dünyaça məşhur “Sony Pictures”, BBC, “Discovery” şirkətləri ilə əməkdaşlıq edirik. Yeri gəlmişkən, İctimai Televiziya Azərbaycanda "Maşa və ayı", "Fikslər" kimi uşaqlar tərəfindən sevilən cizgi seriallarının da eksklüziv yayımçısıdır".

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov da AzTV və Mədəniyyət kanalında mütəmadi milli kinolar və tamaşaların yayımlandığını söyləyib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi karantin müddətində yayımlanacaq milli filmlər üçün Azərbaycan Kinostdiyasına müraciət edən kanallardan heç bir ödəniş alınmayacağını da bildirmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR