Slimfit
  1. CƏMİYYƏT

Nazirin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? - AÇIQLAMA

Nazirin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? - AÇIQLAMA
Sakura

Nazirin qatıldığı videokonfransda Azərbaycanın adı səhv yazılıb? - AÇIQLAMA

Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin çıxışı zamanı qarşısına qoyulan lövhəcikdə “Azərbaycan” sözünün yazılışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məsələyə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirilib.

Nazirlikdən bildirilib ki, ölkənin adının yazılışında səhv yoxdur:

“Ümumdünya Səhiyyə Assambleyasının rəsmi dili fransızcadır. Buna görə də bütün rəsmi yazışmalar və ölkələrin adları da fransız dilində qeyd olunur. “Azərbaycan” sözü də bu dildə olduğu kimi yazılıb”.

Xatırladaq ki, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Assambleyasının videokonfransında çıxış edib. Nazir çıxışında Azərbaycanda pandemiyanın səbəb olduğu vəziyyətdən danışıb. Bu zaman onun qarşısında qoyulan kiçik lövhəcikdə “Azərbaycan” sözünün düzgün yazılmaması diqqət çəkib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR