Slimfit
  1. AZƏRBAYCAN

Nazirdən yeni doğulanlara görə müavinət verilməsi təklifinə münasibət

Nazirdən yeni doğulanlara görə müavinət verilməsi təklifinə münasibət
Sakura

Maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət…

Maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin (MM) komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı maliyyə naziri S.Şərifov deyib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil:

“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”.

Şəhid ailələrinin vərəsə məsələsinə də toxunan S.Şərifov qeyd edib ki, bu məsələlərin maliyyə tutumuna baxmaq lazımdır: 

“Ümumilikdə bu sahəyə ayrılan dövlət dəstəyi məsələsinə baxmaq lazımdır.  Cənab prezident tərəfindən şəhid ailələrinin mənzillə təmin olunması üçün 30 milyon vəsait ayırılıb. Bu da dövlət qayğısının başqa bir istiqamətidir. Ölkə başçımız bu məsələdə həmişə diqqətli olub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR