Slimfit
  1. CƏMİYYƏT

Nazirdən torpaq və su ehtiyatları ilə bağlı çağırış

Nazirdən torpaq və su ehtiyatları ilə bağlı çağırış
Sakura

Nazirdən torpaq və su ehtiyatları ilə bağlı çağırış

Bu gün yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarını daha da səmərəli istifadəni zəruri edir. 

Oxu.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi Milli Seminarında deyib. 

O bildirib ki, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Nazirin sözlərinə görə, aidiyyəti dövlət orqanları, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir.

İ.Kərimov bildirib ki, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quraqlığa və xəstəliyə davamlı toxumaların əldə edilməsi istiqamətində iş aparılır:

“Hazırda müasir toxum müəssisələrinin yaradılması istiqamətində iş aparılır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları təkmilləşdirilmiş toxum sortları yaradıb. Toxum sortlarının yaradılmasının əsas məqsədi yüksək məhsuldarlıq əldə etməkdir”. 

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR