Slimfit
  1. CƏMİYYƏT

Nazirdən sahilboyu ərazilərdəki iaşə obyektləri ilə bağlı - Açıqlama

Nazirdən sahilboyu ərazilərdəki iaşə obyektləri ilə bağlı - Açıqlama
Sakura
:0

Nazirdən sahilboyu ərazilərdəki iaşə obyektləri ilə bağlı - Açıqlama

“Sahil boyu və digər rayonlarımızda çirkab sularının qeyri-düzgün idarə olunması müşahidə olunur. Bununla bağlı müxtəlif layihələr işlənir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

 Onun sözlərinə görə, əksər regionlarda “Azərsu” ASC tərəfindən bu işlərə başlanılıb:

“Xüsusən bizi narahat edən məqam Abşeron yarımadası, Xəzər dənizi sahilboyu ərazilərdə yenə də çirklənmələrin olmasıdır. Sahil zolaqlarında yerləşən iaşə obyektlərində, xüsusən Hövsan, Sumqayıt tərəfdə və bir neçə nöqtədə narahatedici məqamlar var. Bununla bağlı “Azərsu” ASC tərəfindən müvafiq xəbərdarlıqlar edilib”.

“Bir neçə ildir ki, nazirlik tərəfindən çirkləndiricilərə qarşı barışmaz mövqe nümayiş etdirilir. Bir neçə çirkləndiricilər barədə məhkəmələrə də müraciət etmişik və onlar cərimə olunublar”, - deyə nazir qeyd edib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR