Dərc edildi: Baxış sayı: 1344
Nazirdən qadınlara böyük müjdə - Xüsusi təyinatlı dəstələr qurulacaq
Türkiyədə xüsusi təyinatlı birliklərə qadınlar da cəlb ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Süleyman Soylu danışıb.
Nazir bildirib ki, hazırda dəstədə 25 min polis var, lakin bu sayı artırmaq istəyirlər: “Kifayət qədər polisimiz var, amma bu o demək deyil ki, xüsusi təyinatlı dəstəmizə polis qəbul etməyəcəyik. Lakin qəbul edilən polislər sınağa girməlidirlər. Qadınların dəstəsinə isə ümumtəhsili başa vuran namizədləri qəbul edəcəyik. Onlara sınaqlarda müəyyən güzəştlər də olunacaq”.
Soylu bildirib ki, yaş müddəti 24-32 arası olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət