Slimfit
  1. AZƏRBAYCAN

Nazir: Yapon şirkətləri Azərbaycana yeddi milyard dollar yatırıb

Nazir: Yapon şirkətləri Azərbaycana yeddi milyard dollar yatırıb
Sakura

Nazir: Yapon şirkətləri Azərbaycana yeddi milyard dollar yatırıb

Yaponiya Azərbaycan iqtisadiyyatına yeddi milyard dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib.

Oxu.Az xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayevbildirib.

O qeyd edib ki, Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev ölkələr arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Nazir Yaponiya ilə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edib.

O, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının 1996-cı ildən bir sıra layihələrə uzunmüddətli kredit ayırmasına diqqət çəkib.

Xüsusilə, bankın STAR neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. Bildirib ki, bu ilin sonunadək STAR neft emalı kompleksinin tikintisi layihəsi başa çatdırılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR