Slimfit
  1. İQTİSADİYYAT

Nazir: Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır

Nazir: Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır
Sakura

Nazir: Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır

 Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır.

Report” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib.

Nazir deyib ki, Türkiyə iqtisadiyyatına olan etibar SOCAR-ın sərmayəsi ilə sübut olundu.

O qeyd edib ki, STAR-la birlikdə Türkiyədə  emalı gücü artaraq illik 40 mln. tona  çatacaq: “STAR 5 mln. tonluq dizel yanacağı istehsalı ilə Türkiyənin idxalını azaldacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir və bu baxımdan çox önəmlidir”.

Nazir Türkiyənin yeni iqtisadi proqramında əsas sənaye sahəsindən birinin də neft-kimya sektoru olduğunu, enerji idxalını azaldacaq hər addımın atıldığını bildirib və qeyd edib ki,  Azərbaycanı Türkiyənin yanında görmək bizi xoşbəxt edir.

O, iyun ayında Əskişəhərə qədər hissəsi istismara verilən Trans Anadolu Boru Kəmərindən (TANAP) da danışaraq qeyd edib ki, TANAP Azərbaycan və Türkiyə arasında biliyin ən böyük simvollarından biridir. “TANAP həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə qatqı verəcək. Həyata keçirilən enerji layihələri ilə bölgədəki gücümüz artacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR