Nazir Sumqayıtda havadan gələn qoxudan danışdı
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev son günlər Sumqayıtda havadan gələn qoxuyla bağlı əhalinin narazılıqlarına münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, nazir məsələdən xəbərdar olduğunu qeyd edib:
"Sərt tədbirlər bizim marağımızda deyil. Biz də o siqnalları alırıq və çalışırıq ki, reaksiya verək. Bu iki metaləritmə müəssisəsidir. Biz onları cərimə etmişik. Orada Sumqayıt poliqonu havanı çirkələndirən əsas məsələdir. Həmin poliqonun müasir poliqon çevrilməsi üçün potensial var. Bəzi hallarda pərakandəlik bu məsələlərə gətirib çıxara bilər. O cəriməni verməkdənsə müəssisə işini düzgün qursun, tullantıları havaya atmasın. Burada cərimə sanskiyaları və maarifləndirmə prosesi bir yerdə getməlidir".
Günel Türksoy
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət