Slimfit
  1. İQTİSADİYYAT

Nazir: “Son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır”

Nazir: “Son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır”
Sakura

Nazir: “Son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır”

Bu gün Bakıda "Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans başlayıb. 

"Report" xəbər verir ki, tədbiri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıb.

O qeyd edib ki, ölkədə iqtisadiyyatın innovativ inkişafı üçün ciddi addımlar atılır.

"Ölkədə texnoparklar, biznes inkubatorlar yaradılır. Təcrübə göstərir ki, innovativ layihələrin böyük əksəriyyəti məhz informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır",-  nazir bildirib.

R.Quluzadənin sözlərinə görə, son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır: "Bu gün blokçeyn texnologiyaları təkcə rəqəmsal pul vahidləri kimi deyil, həmçinin sistem reyesterlərində, elektron imza kimi sahələrdə də istifadə edilir. Hesab edirik ki, bu texnologiyalar ölkəmizdə də geniş şəkildə tətbiq olunmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR