Slimfit
  1. AZƏRBAYCAN

Nazir: “Son 15 ildə Azərbaycanda 2 mln. yeni iş yeri yaradılıb”

Nazir: “Son 15 ildə Azərbaycanda 2 mln. yeni iş yeri yaradılıb”
Sakura

Nazir: “Son 15 ildə Azərbaycanda 2 mln. yeni iş yeri yaradılıb”

"Azərbaycanda kiçik ailə təsərrüfatı subyektlərinin yaradılmasına dəstək veriləcək".

Report” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında çıxış edərkən bildirib.

"Prezidentin 2016-cı ildə imzaladığı sərəncam əsasında icrasına başlanılmış özünəməşğulluq layihələrinin maliyyələşdirlməsi üçün bu il 35 mln. manat ayrılıb. Hazırda 7 737 nəfər həmin layihələrə cəlb olunub. Proqramın icrası nəticəsində təkcə 2018-ci ildə 7 min kiçik müəssisə yaradılıb. Bu da kiçik sahibkarlığın inkişafına töhfədir. Növbəti illərdə bu proqramın əhatə dairəsi genişləndiriləcək. Əhalinin kövrək təbəqələri üçün kiçik ailə təsərrüfatı subyektlərinin yaradılmasına dəstək veriləcək",- o deyib.

Nazir onu da bildirib ki, son 15 ildə Azərbaycan 2 mln. yeni, o cümlədən 1,6 mln. daimi iş yeri yaradılıb.

“Ölkədə orta aylıq nominal əmək haqqı 6,6 dəfə artıb. Bu göstəricilər sübut edir ki, həyata keçirilən islahatlar, sahibkarlığın dsətləklənməsi istiqamətində görülən tədbirlər nəticə verir. Əhalinin gəlirləri artır, sosial rifahı yaxşılaşır”, - S.Babayev qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR