Dərc edildi: Baxış sayı: 269
Nazir: “Qızılcaya yoluxanların sayında azalma var, distant təhsillə bağlı gözlənti yoxdur”
“Görünən mənzərə odur ki, qızılcaya yoluxanların sayında nisbətən azalma var”.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, proses nəzarətdədir:
“Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında, düzgün qaydada peyvənd etdirməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət