Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nazir: Qızılca ilə bağlı tədris prosesi dayandırılarsa, uşaqları təhsildən ayırmış olarıq

Nazir: Qızılca ilə bağlı tədris prosesi dayandırılarsa, uşaqları təhsildən ayırmış olarıq
Sakura

Nazir: Qızılca ilə bağlı tədris prosesi dayandırılarsa, uşaqları təhsildən ayırmış olarıq

Ümumtəhsil müəssisələrində son aylar ərzində qızılca virusunun yayılması prosesi yaxından izlənilib və təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının məqsədəmüvafiq olmadığı qərara alınıb.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, ölüm hallarının olması peyvəndləmənin aparılmaması ilə əlaqədardır: “Biz tədris prosesini dayandırmaqla uşaqları təhsildən kəsmiş olacağıq. Hazırda müşahidə olunan hallar 7-10 il əvvəl aparılmayan peyvəndlənmənin nəticəsidir. Valideynlərin övladlarını müvafiq səhiyyə qurumlarının reqlamentləri əsasında peyvəndləməyə aparması lazımdır. Əks halda belə xoşagəlməz hallar davam edəcək. Qızılca yoluxucu xəstəlikdir, peyvənd yoluxmanın qarşısını alır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR