Slimfit
  1. AZƏRBAYCAN

Nazir postu üçün türk namizəd parlamentə təqdim olunmasa, ciddi reaksiya veriləcək – Təbrizin millət vəkili

Nazir postu üçün türk namizəd parlamentə təqdim olunmasa, ciddi reaksiya veriləcək – Təbrizin millət vəkili
Sakura

Nazir postu üçün türk namizəd parlamentə təqdim olunmasa, ciddi reaksiya veriləcək – Təbrizin millət…

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan Nazirlər Kabinetində türk nazirlər görmək istədiyini bildirib.

 

O bu barədə “Təbriz mən” yerli xəbər agenliyinə verdiyi müsahibədə danışıb.

 

“Bu barədə hökumətə xəbərdarlıq etmişik. Azərbaycan bölgəsindən Nazirlər Kabinetinə ən azı bir nəfər seçilməlidir”- deyə o bildirib.

 

Millət vəkili təkidlə vurğulayıb ki, tələb təmin olunmasa, azərbaycanlı millət vəkilləri bu məsələyə ciddi reaksiya verəcək.

 

Prezident Həsən Ruhani son vaxtlar istefaya göndərilən 4 nazirin yerinə yeni şəxslər təyin etməyə hazırlaşır. Hazırda 17 nazirdən 3-ü istisna olmaqla digər nazirlərın hamısı farsdır. Müdafiə naziri Əmir Hatəminin isə Güney Azərbaycanda doğulduğu bildirilir.

 

Nazirlər kabinetində türk nazirlərin olması Azərbaycan türk millətinin ictimai tələblərindən biridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR