Slimfit
  1. İQTİSADİYYAT

Nazir: 'Polşa Azərbaycanla əməkdaşlığın yeni sahələrində maraqlıdır

Nazir: 'Polşa Azərbaycanla əməkdaşlığın yeni sahələrində maraqlıdır
Sakura

Nazir: 'Polşa Azərbaycanla əməkdaşlığın yeni sahələrində maraqlıdır'

"Azərbaycan və Polşa arasındakı iqtisadi dialoq yeni investisiya layihələrinin və kommersiya müqavilələrinin reallaşdırılmasına gətirib çıxaracaq".

Bunu "Report"a Polşanın maliyyə, investisiya və inkişaf naziri Yeji Kveçinski deyib.

Nazirin sözlərinə görə, polşalı sahibkarlar bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar.

"Əməkdaşlıq üçün bir çox perspektivli sahələr var. Məsələn, nəqliyyat, logistika, tikinti sektoru, kimya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı texnikaları və texnologiyaları, şəhər nəqliyyat vasitələri, əczaçılıq, həmçinin bərpa olunan və bərpa olunmayan enerji mənbələri və ekologiya layihələri", - Y.Kveçinski bildirib.

O həmçinin qeyd edib ki, polşalı sahibkarların Azərbaycan bazarına marağı hələlik tikinti və qida sektorları ilə əlaqədardır.

“Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində də əməkdaşlığın inkişaf perspektivlərini görürük. Polşalı sahibkarlar Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad iqtisadi zonada işləməkdə maraqlıdırlar", - nazir əlavə edib.

Qeyd edək ki, 2018-ci ildə Polşa-Azərbaycan ticarət dövriyyəsi 94,6 milyon ABŞ dolları təşkil edib. Bunun 80,7 milyon dolları Polşa ixracının payına düşür. Azərbaycandan isə Polşaya 13,9 milyon dollarlıq mal ixrac olunub. 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 11,4% artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR