Slimfit
  1. İQTİSADİYYAT

Nazir neft hasilatının azaldılmasını şərh etdi

Nazir neft hasilatının azaldılmasını şərh etdi
Sakura

Nazir neft hasilatının azaldılmasını şərh etdi

Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri OPEC ölkələrinin neftin hasilatının azaldılması ilə bağlı yeni qərarını şərh edib. Energetika Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, nazir bu qərarı yüksək qiymətləndirib:

“Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC plus”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir. Ümid edirik ki, “OPEC plus”un bu qərarı və digər qeyri-OPEC ölkələrinin səyləri neft bazarında tədricən tarazlıq və qiymət sabitliyinin yaranmasına töhfə verəcək.”

Nazir onu da əlavə edib ki, dünyanın aparıcı iri neft istehsalçılarının bugünkü fövqəladə görüşü neft bazarı üçün tarixi bir hadisədir: " Bu prosesə qatılan hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirdilər. “OPEC plus” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan da yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR