Slimfit
  1. İQTİSADİYYAT

Nazir müavini: 'Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə Çindən Avropaya daha çox yük göndərilməlidir'

Nazir müavini: 'Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə Çindən Avropaya daha çox yük göndərilməlidir'
Sakura

Nazir müavini: 'Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə Çindən Avropaya daha…

Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya gedən “China Railway Express” yük qatarının təntənəli qarşılanma mərasimi keçirilir.

Report” xəbər verir ki, Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qarşılanma mərasimində çıxış edərkən bildirib ki, bu ölkələrlə nəqliyyat, tranzit sahəsində əməkdaşlığımız daha da genişlənəcək.

N. Səfərov bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığa daima xüsusi önəm verib.

Nazir müavini qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TMTM) istifadə etməklə Çindən Avropaya daha çox yüklərin göndərilməsi ilə bağlı əməkdaşlığımızı davam etdirməliyik: “Bununla yanaşı, Çinlə birgə Avropaya göndərilən yük qatarlarının tanıdılmasının genişləndirilməsinədə ehtiyac var”.

Xatırladaq ki, Çinin Şian şəhərindən çıxan, Mərmərə tunelindən istifadə edərək Çexiyanın paytaxtı Praqaya hərəkət edəcək ilk yük qatarı "China Railway Express" 6 noyabr Ankaraya çatıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR