Dərc edildi: Baxış sayı: 443
Nazir müavini: "Nəsiminin 650 illiyi ilə əlaqədar bir gündə 650 min ağac əkiləcək"
"Noyabr ayının sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkiləcək".
APA-nın məlumatına görə, bunu "Caspian Ecology" sərgisinə həsr olunmuş mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. Onun sözlərinə görə, ağacəkmə aksiyası "Nəsimi ili" çərçivəsində həyata keçirilir:
"Nəsiminin 650 illiyi ilə əlaqədar ölkə ərazisində bir gündə 650 min ağac əkiləcək".
Nazir müavini hər kəsi bu aksiyaya qoşulmağa dəvət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət