Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: Məqsəd sahibkarlığı inkişaf etdirməkdir

Nazir müavini: Məqsəd sahibkarlığı inkişaf etdirməkdir
Sakura

Nazir müavini: Məqsəd sahibkarlığı inkişaf etdirməkdir

Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi sahibkarlığı inkişaf etdirməkdir.

Moden.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə əlavə və dəyişiklilərin mahiyyəti ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev sözügedən dəyişiklikərin əsas istiqamətlərinə həsr olunan təqdimatla çıxış edib. 

Bildirib ki, dəyişikliklər əsasən 5 istiqaməti əhatə edir: sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliyinin yüksəldilməsi. Təqdimatda bu istiqamətlərin hər biri üzrə əsas dəyişikliklərin mahiyyəti barədə məlumat verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR