Slimfit
  1. İQTİSADİYYAT

Nazir müavini: “İqtisadi dəstək üçün ayrılan vəsaitin 2,5 milyard manata çatdırılması gözlənilir”

Nazir müavini: “İqtisadi dəstək üçün ayrılan vəsaitin 2,5 milyard manata çatdırılması gözlənilir”
Sakura

Nazir müavini: “İqtisadi dəstək üçün ayrılan vəsaitin 2,5 milyard manata çatdırılması gözlənilir”

“Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir”. 

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində bir çox iqtisadi fəaliyyət sahələri üzrə, xüsusilə koronavirus pandemiyası ilə bağlı ən ciddi təsirə təsirə məruz qalmış iqtisadi fəaliyyət sahələri və onları təmsil edən sahibkarlarla görüşlər keçirilib:

“Onların arzu və təklifləri dinlənilib. Bununla əlaqədar dörd İşçi qrupu yaradılıb. Tələbələrin, digər vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində, ümumiyyətlə, iqtisadi subyektlərə dəstək göstərilməsi üçün prezidentin tapşırığı əsasında bir milyard manat vəsait ayrılıb.

Keçirilmiş qiymətləndirmələr onu göstərib ki, vəsait kifayət etmir. Bu vəsaitin 2,5 milyard manata qədər artırılması gözlənilir”.

N.Səfərov bildirib ki, dəstək və yardım göstəriləcək sahibkarların, eyni zamanda, fərdi sahibkarların sayı 600 min təşkil edir: 

“Onlara lazım olan vəsaitlərin ayrılması istiqamətində işlər görüləcək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR