Slimfit
  1. MEDİA

Nazir müavini: “Hakimlərin, vəkillərin sayı artırılıb”

Nazir müavini: “Hakimlərin, vəkillərin sayı artırılıb”
Sakura

Nazir müavini: “Hakimlərin, vəkillərin sayı artırılıb”

Azərbaycanda məhkəmə sisteminin müasir inkişaf tarixinin böyük hissəsi, ədalət mühakiməsinin effektivliyi Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası ilə (CEPEJ) əməkdaşlıq dövrünə düşür. Bu dövrdə qanunvericiliyə daha demokratik ruhlu, prosedurları daha çox şəffaf edən düzəlişlər edilib.
Azvision.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov Avropa Şurası “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı zamanı deyib. 

Nazir müavini bildirib ki, ədalət mühakiməsinə əlçatanlığın yüksəldilməsi məqsədilə məhkəmələrin hakimlərinin, məhkəmə aparatı işçilərinin, vəkillərin sayı artırılıb, hakimlərin maddi və sosial müdafiəsi gücləndirilib. Məhkəmələrin büdcəsi daha da möhkəmləndirilib. Proses bu gün də davam edir. 

A.Cəfərov qeyd edib ki, islahatları həyata keçirərkən bir çox hallarda Avropa Şurasının digər dövlətlərdə məhkəmə sistemi ilə bağlı CEPEJ tərəfindən həyata keçirilən layihələrin kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə əsaslanılıb. 

"Məhkəmə vaxtının səmərəli təşkili və düzgün bölüşdürülməsi, bəzi kateqoriya mübahisələrin məhkəmədən kənar alternativ yolların yaradılmasının tətbiq olunması bu məsələlərin sırasındadır. Yeni layihəyə məhkəmə sisteminin təkmilləşdirilməsi işinin davamı kimi baxmaq lazımdır. Layihənin nəzərdə tutduğu məqsədlərin bir qismi ilə dövlət başçısının fərmanı və çağırışları üst-üstə düşür. Ümidvarıq ki, layihənin uğuruna nail olacağıq". 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR