Slimfit
  1. İQTİSADİYYAT

Nazir müavini: "Dövlət sektorunda olan kompüterlərin lisenziyalaşdırılmasının ilk mərhələsi həyata keçirilib"

Nazir müavini: "Dövlət sektorunda olan kompüterlərin lisenziyalaşdırılmasının ilk mərhələsi həyata keçirilib"
Sakura

Nazir müavini: "Dövlət sektorunda olan kompüterlərin lisenziyalaşdırılmasının ilk mərhələsi həyata keçirilib"

"Microsoft" şirkətinin Azərbaycanda elektron imzaların istifadəsini təmin edən "açıq açar" infrastrukturunun qurulmasında böyük rolu olub”.

"Report" xəbər verir ki, bunu "Azerbaijan digital transformation with "Microsoft" tədbirində çıxış edən Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib. Onun sözlərinə görə, bu günə qədər istifadəçilərə 159 mindən artıq elektron imza sertifikatı təqdim olunub. Ə. Abdullayev qeyd edib ki, hazırda elektron imza yeni nəsil şəxsiyyət vəsiqələrində uğurla tətbiq edilir.

Nazirlik rəsmisi əlavə edib ki, "Microsot"la əməkdaşlıq çərçivəsində dövlət sektorunda olan kompüterlərin lisenziyalaşdırılmasının ilk mərhələsi həyata keçirilib: “Nəticədə 10 minə qədər kompüter Microsoft proqramları ilə təchiz edilib. Bu əməkdaşlığın davamı olaraq dövlət qurumları üçün 20 min, təhsil müəssisələri üçün 10 min lisenziyanın alınması məqsədi ilə Nazirliyin tabeliyində fəaliyyət göstərən "Azintelekom" MMC ilə "Microsoft" arasında yeni "Enterprise Agreement" imzalanıb. Bu layihə dövlət qurumlarında lisenziya problemini aradan qaldırmaqla kiber təhlükəsizlik, əqli mülkiyyət və fərdi məlumatların qorunması, elektron mühitin inkişafına müsbət təsir edəcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR